Yuxarı
    Bağlamaq

    Vaqif Əsədov: “DYP Whatsapp-da yayılan səs yazısı ilə bağlı araşdırma aparıb”

    Dinlə

    Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Whatsapp sosial şəbəkəsində sürücülərdən biri tərəfindən yayılmış səs yazısına münasibət bildirib.

    “Report”un xəbərinə görə, V.Əsədov bildirib ki, barəsində səs yazısı yayılan Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir: “Bu səsi yayan şəxs isə, ümumilikdə, yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır. Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır”.

    Vaqif Əsədov deyib ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb: “Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa, gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil. Birincisi, sürücünün iddai etdiyi ərazilərdə hazırda təmir gedir və buna görə də orada onsuz da hərəkət sürəti aşağıdır. Bundan başqa, həmin yolun istifadəyə verilən hissəsi bir neçə zolaqdan ibarətdir və burada heç kim heç kimin yolunu kəsə də bilməz. Digər tərəfdən, Cavanşir Ələkbərovun 005 nömrəli avtomobili yoxdur. Hazırda idarə etdiyi avtomobil isə başqa modeldir və ağ rəngdədir”.

    Qeyd edək ki, Whatsapp-da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir. Səs yazısını yayan sürücü bildirir ki, həmin sürücü özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi