Rusiyada ​Ukraynaya getmək istəyən Azərbaycan vətəndaşları saxlanılıb

Rusiyada ​Ukraynaya getmək istəyən Azərbaycan vətəndaşları saxlanılıb Sənədləri qaydasında olmayan soydaşlarımız Ukraynaya buraxılmayıblar
Hadisə
4 Aprel , 2015 08:24
Rusiyada ​Ukraynaya getmək istəyən Azərbaycan vətəndaşları saxlanılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin əməkdaşları "Suca" çoxtərəfli avtomobil buraxılış məntəqəsində səliqəsiz sənəd təqdim edən iki Azərbaycan vətəndaşını saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

27 yaşlı Azərbaycan vətəndaşı Ukraynaya gedərkən açıq-aşkar səliqəsiz şəkildə olan pasport təqdim edib. Sənədin səhifələri cırıq və sahibi tərəfindən fərdi qaydada yapışdırılmış şəkildə olub.

Həmçinin Ukrayna istiqamətində hərəkət edən 52 yaşlı digər həmyerlimizin sənədi də qaydasında olmayıb. Onun pasportunun həqiqi müddətinin uzadılması haqqında saxta qeyd müəyyən edilib.

Yol verilən qanun pozuntularına görə, Azərbaycan vətəndaşları müvafiq olaraq 2 və 4 min rubl məbləğində cərimə olunublar. Eyni zamanda, onlar Ukraynaya buraxılmayıblar.

Soydaşlarımız sərhədçilər tərəfindən FTX-nın Kursk vilayəti üzrə İdarəsinə təhvil veriliblər.

Son xəbərlər

Orphus sistemi