​Ukraynada gedən döyüşlərdə üç azərbaycanlı həlak olub

​Ukraynada gedən döyüşlərdə üç azərbaycanlı həlak olub İlqar Məmmədov: "Biz çətin günlərində Ukraynanın yanında olmaq istəyirik"
Hadisə
28 Dekabr , 2014 22:11
​Ukraynada gedən döyüşlərdə üç azərbaycanlı həlak olub
Bakı. 28 dekabr. REPORT.AZ/ Ukraynada anti-terror əməliyyatı zonasında gedən döyüşlərdə üç azərbaycanlı həlak olub.

"Report" Ukrayna Ali Radasının "Qolos Ukrainı" qəzetinə istinadən xəbər verir ki, bu barədə "Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi" ictimai təşkilatının sədri İlqar Məmmədov məlumat verib.

"Biz, Ukrayna azərbaycanlıları, çətin günlərində ölkənin yanında olmaq istəyirik. Burada yaşadığımız kimi, Ukraynanın müstəqilliyi uğrunda da döyüşürük. Artıq üç azərbaycanlı anti-terror əməliyyatları zonasında həlak olub", - deyə İ. Məmmədov bildirib.

Qeyd edək ki, "Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresi" Jitomir şəhər hərbi hospitalında müalicə alan hərbçilərə yardım göstərib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində, hərbçilərə soyuducu, televizor, həmçinin meyvə şirələri və dərman pereparatları verilib.

Xatırladaq ki, hazırda hospitalda 132 hərbçi müalicə alır.

Son xəbərlər

Orphus sistemi