Ucarda yol qəzası baş verib, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Ucarda yol qəzası baş verib, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
24 May , 2019 22:58
Ucarda yol qəzası baş verib, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


***19:57

Ucar rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun 212 km-də - rayonun Müsüslü kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 54 yaşlı Əsgərov Ədalət Vahid oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan bacısı, 52 yaşlı Əsgərova Yeganə Vahid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi