Ucarda kişi arvadını qətlə yetirib, qayınanasını yaralayıb - YENİLƏNİB-2

Ucarda kişi arvadını qətlə yetirib, qayınanasını yaralayıb - YENİLƏNİB-2 Ucar. 6 fevral. REPORT.AZ/ Ucar rayonunda arvadını qətlə yetirən şəxsin adı məlum olub.
Hadisə
6 Fevral , 2019 11:40
Ucarda kişi arvadını qətlə yetirib, qayınanasını yaralayıb - YENİLƏNİB-2

Ucar. 6 fevral. REPORT.AZ/ Ucar rayonunda arvadını qətlə yetirən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev ailə münaqişəsi zəminində həyat yoldaşı Ş.Tağıyeva və qayınanası Z.Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib. 

Hadisədən sonra A.Tağıyev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

*** 10:13

Ucar. 6 fevral. REPORT.AZ/ Ucar rayonunda kişi öz arvadına və qaynanasına hücum edib. 

"Report"un yerli bürosu xəbər verir ki, 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və  anası Zivər Qaraş qızı Tağıyeva küt alətlərlə baş nahiyələrindən xəsarət alıblar. Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, qaynanası Z.Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib. 

Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


*** 08:13

Ucar. 6 fevral. REPORT.AZ/ Ucar rayonunda qətl hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə şəhərin Şamil Fərzəliyev küçəsində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan ana və qızı yolda naməlum şəxsin hücumuna mərzu qalıblar. Qadınlara hücum edən naməlum şəxsin qızın əri olduğu bildirilir. 

Hadisə zamanı qız aldığı xəsarətlərdən ölüb, anası isə ağır bədən xəsarətləri ilə Ucra Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onun vəziyyəti ağırlaşıb və Bakıdakı özəl klinikalardan birinə göndərilib. 

Hadisəni törədən şəxsin axtraışları davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi