Ucarda "KamAZ" aşdı, xəsarət alan var - VİDEO

Ucarda "KamAZ" aşdı, xəsarət alan var - VİDEO ​Ucarda yük maşını aşıb
Hadisə
27 İyun , 2020 13:27
Ucarda KamAZ aşdı, xəsarət alan var - VİDEO

Ucar rayonunda yük maşını aşıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun 241-ci kilometrliyində, Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb.

Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Şaiq Süleyman oğlu Süleymanovun idarə etdiyi "KamAZ" markalı yük maşınının təkəri çıxıb, nəticədə maşın idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.

Sürücü yüngül xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Son xəbərlər

Orphus sistemi