Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Bakı hava limanında saxlanılıb

Hadisə
  • 12 fevral, 2018
  • 07:40
Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Bakı hava limanında saxlanılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Türkiyə dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılıb.

“Report” xəbər verir ki, Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan 1959-cu il təvəllüdlü Türkiyə vətəndaşı Ertekin İsmayıl Sönmez Heydər Əliyev adına Hava Limanında Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.

Saxlanılan şəxsin Türkiyəyə ekstardisiya ediləcəyi gözlənilir.