Bakı. 17 avqust. REPORT.AZ/ Rusiyanın Tümen vilayətində Türkiyədə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı ağırlaşdırıcı hallarda qətlə görə məsuliyyətə cəlb olunmaq üçünTürkiyə xüsusi xidmət orqanları tərəfindən "İnterpol" xəttilə axtarışda olub.
Qətldə şübhəli şəxsin istintaqdan Rusiya ərazisində gizlənməsini nəzərə alaraq, Türkiyə məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.
Vilayət prokurorluğu, Rusiya Baş Prokurorluğu tərəfindən keçirilən yoxlamaların nəticələrinə görə Azərbaycan vətəndaşının cinayət məsuliyyətinə cəlb olunması üçün Türkiyə səlahiyyətli orqanlarına təhvil verilməsi haqqında qərar qəbul edilib.