Traktorçu Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib - ƏLAVƏ OLUNUB

Traktorçu Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Aprel , 2017 19:50
Traktorçu Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib - ƏLAVƏ OLUNUB

Ağsu. 28 aprel. REPORT.AZ/ Ağsu rayonunda traktorçu iş başında ölüb. 

“Report”un Şirvan bürosunun verdiyi xəbərə görə, rayonun Üçüncü məhəllə sakini, 1962-ci il təvəllüdlü Ağaverdi Allahverdiyev ona məxsus olan "T-40" markalı qoşqulu traktoru ilə Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib.

Yaxınlıqda olan sakinlər əraziyə təcili yardım çağırıblar. Meyit Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib. 

İlkin araşdırmalar zamanı onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi