Tovuzda yük maşını aşıb, yol qısamüddətli bağlanıb - FOTO
Hadisə
- 19 fevral, 2019
- 13:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 19 fevral. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz-Qalaboyun avtomobil yolunda qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb və yük yerindəki mişar daşları yola dağılıb. Nəticədə 9 kəndi birləşdirən avtomobil yolu iki saata yaxın bağlı qalıb. Mişar daşları sakinlər tərəfindən kənara daşındıqdan, yük maşını isə qaldırıcı kranla götürüldükdən sonra yolu açmaq mümkün olub.
Qəza zamanı sürücü özünü kabinədən atdığından ciddi xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
13:52
Budris: "Litva Azərbaycanla enerji əlaqələrini genişləndirməyi hədəfləyir"
Energetika
13:47
Video
Anar Quliyev Kəlbəcərin bərpa və inkişafına həsr olunmuş videoçarx paylaşıb
İnfrastruktur
13:47
Azərbaycanda ixracda hesablaşmaların tənzimlənməsi qaydası təkmilləşdirilir
Biznes
13:42
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb
Xarici siyasət
13:40
Foto
Çin şirkəti ilə Azərbaycanda ötürücü kabellərin istehsalı müzakirə olunub – Yenilənib
Energetika
13:39
Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır
Elm və təhsil
13:34
Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam
Futbol
13:32
Azərbaycan "China Energy" ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib – Yenilənib
Energetika
13:32
Kestutis Budris: Litva Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırdır
Xarici siyasət