Tovuzda uşağı avtomobil vurub

Tovuzda uşağı avtomobil vurub Tovuz. 15 iyun. REPORT.AZ/ Tovuz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 İyun , 2018 21:31
Tovuzda uşağı avtomobil vurub

Tovuz. 15 iyun. REPORT.AZ/ Tovuz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Şəhriyar küçəsində yolu keçmək 2009-cu il təvəllüdlü Tovuz rayon Əlibəyli kənd sakini Əmiraslanova Aylin Ruhin qızını avtomobil vurub.

Uşaq dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi