Tovuzda məktəblini öldürən şəxs tutulub

Tovuzda məktəblini öldürən şəxs tutulub Ondan “TOZ-34” markalı tüfəng götürülüb
Hadisə
18 Aprel , 2016 11:14
Tovuzda məktəblini öldürən şəxs tutulub

Bakı. 18 aprel. REPORT.AZ/ Tovuz rayonunun Qalaboyun kənd sakini 17 yaşlı Məqsəd Əmiraslanovu öldürən şəxs tutulub.  "Report" xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Natiq Ələkbərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-34” markalı tüfəng götürülüb.

Qeyd edək ki, aprelin 13-də  rayonunun Qalaboyun kənd sakini Məqsəd Əmiraslanov ov tüfəngindən açılan atəşlə baş nahiyəsindən güllə yarası alıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Son xəbərlər

Orphus sistemi