Tovuzda körpünün üzərində iki avtomobil toqquşub, ölən və yaralılar var

Tovuzda körpünün üzərində iki avtomobil toqquşub, ölən və yaralılar var Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
1298
9 Mart , 2021 03:03
Tovuzda körpünün üzərində iki avtomobil toqquşub, ölən və yaralılar var

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.

“Mercedes” və “Toyota” markalı avtomobillərin Tovuzçayın üzərindəki körpüdə toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Paşayev Kamran, 1995-ci il təvəllüdlü Əhmədov Anar, 1992-ci il təvəllüdlü Rustəmov Nizaməddin, 1976-ci il təvəllüdlü Niyazova Aytəkin, 1976-cı il təvəllüdlü Kərimova Könul və 1972-cı il təvəllüdlü Quliyev İlqar xəsarət alıb.

Xəstəxanaya aparılan Göygöl rayon sakini, Niyazova Aytəkinin həyatını xilas etmək mümkün olmayıb.

Kərimova Könül və Quliyev İlqar Tovuz rayon, Paşayev Kamran, Rustəmov Nizaməddin, Əhmədov Anar rayonun Aşağı Quşçu kəndinin sakinləridir.

Mərhum Aytəkin Niyazova Könul Kərimovanın evinə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi