Tovuzda baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub - TƏFƏRRÜAT

Tovuzda baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub - TƏFƏRRÜAT Qəza zamanı 4 nəfər xəsarət alıb
Hadisə
2 Avqust , 2017 00:19
Tovuzda baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub - TƏFƏRRÜAT

Tovuz. 2 avqust. REPORT.AZ/ Tovuz rayonunda iki avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. 

Tovuz rayon sakini, 1965-ci il təvəllüdlü Sarıyev Azər Mahmud oğlunun idarə etdiyi "VAZ-2106 " markalı avtomobil qarşı tərəfdən gələn Gədəbəy rayon sakini, 1956-cı il təvəllüdlü Abdullayev Vilayət Qəşəm oğlunun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və VAZ-da olan sürücünün həyat yoldaşı, 1970-ci il təvəllüdlü Sarıyeva Şəhla Dəmir qızı, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1967-ci il təvəllüdlü Sarıyeva Mahirə Cahangir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. M.Sarıyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Qeyd edək ki, qəza zamanı 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi