Bakı. 10 iyul. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən məlumata görə, Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.