Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb Yaralı yoldan keçən başqa şəxslər tərəfindən xəstəxanaya aparılıb
Hadisə
15 Yanvar , 2017 20:08
Tovuzda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Tovuz. 15 yanvar. REPORT.AZ/ Tovuz rayonunda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Mirzə Ələkbər Sabir küçəsində baş verib.

Naməlum avtomaşın 1993-cü il təvəllüdlü Namazov Röyal Vilayət oğlunu vuraraq hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan piyadanı yoldan keçən başqa şəxslər görərək Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi