Tovuzda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var 

Hadisə
  • 08 fevral, 2023
  • 08:58
Tovuzda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var 

Tovuz rayonunda avtomobil qəzası olub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Əlimərdanlı kənd ərazisində qeydə alınıb.

"VAZ-21011" markalı avtomobillə "Mitsubishi" Pikap tipli avtomobil toqquşub. Qəza nəticəsində Hunanlar kənd sakinləri - 1976-cı il təvəllüdlü Əli Abuzərov və 1976-cı il təvəllüdlü Nabat Abbasov dünyasını dəyişib.

Tovuz rayon sakinləri 1964-cü il təvəllüdlü Mayın Quliyev, 1965-ci il təvəllüdlü Asiman Abuzarov və 1970-ci il təvəllüdlü Natiq Qasımov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.