Tovuzda 27 yaşlı qadın itkin düşüb

Tovuzda 27 yaşlı qadın itkin düşüb Aytəkin Quliyeva 8 gün əvvəl evdən çıxıb
Hadisə
22 İyun , 2016 15:44
Tovuzda 27 yaşlı qadın itkin düşüb

Tovuz. 22 iyun. REPORT.AZ/ Tovuz rayonunda 27 yaşlı qadın itkin düşüb. 

"Report"un Qərb bürosu xəbər verir ki, Aytəkin Quliyeva 8 gün əvvəl evdən çıxıb. 

Belə ki, Tovuz rayonunun Əlimərdanlı kəndində doğulan qadın 6 il əvvəl Aşağı Öysüzlü kəndinə gəlin köçüb və 2 övladı var. A.Quliyevanın itkin düşməsinin səbəbləri məlum deyil. 

Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə də müraciət edilib. Hazırda 27 yaşlı qadının axtarışları davam edir. 

Onu görənlərdən 051 764 24 64 (atası Məzahir) nömrəli telefona məlumat vermələri xahiş edilir.

Son xəbərlər

Orphus sistemi