Tərtərdə zəlzələ nəticəsində bir nəfər xəsarət alıb - FOTO

Tərtərdə zəlzələ nəticəsində bir nəfər xəsarət alıb - FOTO Kənd sakini dağılan evin altında qalıb
Hadisə
16 Noyabr , 2017 01:54
Tərtərdə zəlzələ nəticəsində bir nəfər xəsarət alıb - FOTO

Bərdə. 16 noyabr. REPORT.AZ/ Respublika ərazisində baş verən güclü zəlzələ nəticəsində ilk xəsarət faktı qeydə alınıb.

“Report” xəbər verir ki, təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb.

1975-cii il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb. Belə ki, evin dəmir konstruksiyası onun bel nahiyəsinə düşüb. Nəticədə Ş.Məmmədov ağır xəsarət alaraq "təcili tibbi yardım" maşını ilə xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi