Tərtərdə özünü asaraq intihara cəhd edən şəxs xilas olunub

Tərtərdə özünü asaraq intihara cəhd edən şəxs xilas olunub Rayonun Mamırlı kənd sakini 55 yaşlı Mürşüt Səfərov yaşadığı evin həyətindəki tövlədə özünü asıb
Hadisə
19 Noyabr , 2015 11:51
Tərtərdə özünü asaraq intihara cəhd edən şəxs xilas olunub

Bakı. 19 noyabr. REPORT.AZ/ Tərtər rayonunda özünü asaraq intihara cəhd edən şəxs xilas olunub. "Report" xəbər verir ki, rayonun Mamırlı kənd sakini 55 yaşlı Səfərov Mürşüt Rafiq oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

Mürşüt Səfərovun yaxınları hadisədən tez xəbər tutublar və onu xilas ediblər. İntihara cəhd edən şəxs Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

M.Səfərovun intihara cəhd etməsinin səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi