Noyabrın 5-i saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlaması nəticəsində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Tərtər rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, hadisə nəticəsində rayon sakini 1960-cı il təvəllüdlü Asif Hüseynov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası və çox saylı qəlpə yarası xəsarətləri alıb.
Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"a bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq"-deyə, məlumatda vurğulanıb.