​Tərtərdə canavarlar qoyun sürüsünə hücum edib

​Tərtərdə canavarlar qoyun sürüsünə hücum edib Hadisə nəticəsində fermerlərə maddi ziyan dəyib
Hadisə
15 İyun , 2015 19:39
​Tərtərdə canavarlar qoyun sürüsünə hücum edib

Bakı. 15 İyun. REPORT.AZ/ Tərtərin Səhlabat kəndində canavar hücumu hadisəsi baş verib.

"Report" xəbər verir ki, yırtıcılar kənd ərazisindəki fermaların birində məcburi köçkün kimi məskunlaşan Laçın rayon sakinləri Məhəmməd Hüseynov və Müsabi Bədəlova məxsus təsərrüfata ziyan vurublar.

Canavarlar qoyun sürüsünə otlaq sahəsində hücum edib. Yırtıcılar M.Hüseynova məxsus 8 xırda buynuzlu heyvanı parçalayıb, 12-ni isə ölümcül yaralayıb. Yırtıcı heyvanların M. Bədəlovun yaşayış həyətinə soxulması nəticəsində isə iki quzu tələf olub.

Təsərrüfat sahibi son günlər cəbhə kəndlərində canavarların çoxaldığını bildirib.

Hadisələr nəticəsində fermerlərə təqribən 2 min 500 manat dəyərində ziyan dəyib. Hər iki təsərrüfat sahibi heyvanlarının sığortalanmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi