​Bıçaqlanmada təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

​Bıçaqlanmada təqsirləndirilən şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib
Hadisə
15 Sentyabr , 2015 13:41
​Bıçaqlanmada təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ağatalıb Dadaşovu bıçaqlamaqda təqsirləndirilən Salman Məlikovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, prosesdə şahidlər ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, S.Məlikov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi