Yuxarı

​Təhsil Nazirliyinin apellyasiya şikayətinə baxılıb

Ləğv olunan hissədə iddia təmin edilməyib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Təhsil Nazirliyinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin "Azərsu"nun xeyrinə qəbul etdiyi qətnamə ləğv edilib. Ləğv olunan hissədə isə iddia təmin edilməyib.

Qeyd edək ki, bu il “Azərsu” Təhsil Nazirliyini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Azərsu" borcun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərarla razılaşmayan Təhsil Nazirliyi apellyasiya şikayəti verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi