Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alındı - FOTO

Hadisə
  • 28 mart, 2020
  • 08:34
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alındı - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin (CM) 177.2.2; 177.2.3-cü (oğurluq) maddələrinə əsasən təqsirli bilinərək həbs edilən Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə metamfetamin və 0,047 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

CM-in 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti