Bakı. 3 oktyabr.
"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
İttiham aktına əsasən, təqsirləndirilən B.Ağayev tanışı Coşqun Tağıyevlə mübahisə edib. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman B.Ağayev yerdən götürdüyü daşla C.Tağıyevi vurub. Nəticədə daş C.Tağıyevin sol gözünü tamamilə dağıdıb və o, görmə qabiliyyətini itirib.
Hadisədən sonra saxlanılan B.Ağayevin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.