Tanımadığı şəxsi bıçaqlayan gənc məhkəmə zalında həbs edilib

Tanımadığı şəxsi bıçaqlayan gənc məhkəmə zalında həbs edilib Bakı. 6 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
6 Mart , 2019 14:17
Tanımadığı şəxsi bıçaqlayan gənc məhkəmə zalında həbs edilib

Bakı. 6 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə N.Ayxanovun vəkili Gülşən Salmanova müdafiə çıxışı edib.

Vəkil deyib ki, N.Ayxanova qarşı irəli sürülmüş ittiham kifayət qədər ağırdır, o, cinayət əməlini zərərçəkmişin qanunsuz hərəkətlərinin nəticəsində törədib: "Əvvəlcədən tanımadığı 4 nəfər ona sataşıb. Kamil Məmmədov adlı şəxs bilərəkdən Namiqə "nəyə baxırsan" iradını bildirərək onunla mübahisə edib. Daha sonra mübahisə böyüyüb və həmin şəxslər Namiqi döyməyə başlayıb. O da cibindəki bıçağı çıxaraq Kamilə zərbə endirərək oradan uzaqlaşıb".

Məhkəmənin hökmü ilə N.Ayxanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü N.Ayxanov küçədə mübahisə zəminində tanımadığı Kamil Məmmədovu bıçaqlayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, lakin ona qarşı polis nəzarətinə verilmə qətimkan tədbiri verilib. 

Son xəbərlər

Orphus sistemi