Bakı
"Report" xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilənlərin hər birinə 9 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında onların 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər. Hər iki şəxs 2019-cu ildə həbs edilib.
Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.
Onlara Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.