Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti prosesi martın 16-na təyin edilib
Hadisə
11 Mart , 2017 16:10
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayev və Şükür Babayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi martın 16-na təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndiriliblər. Onlar ötən il həbs edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Musayev 15 il, Ş.Babayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şirkət rəhbəri apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi