Suraxanıda 16 yaşlı gənc ürək nahiyəsindən bıçaqlanıb

Hadisə
  • 14 aprel, 2022
  • 22:23
Suraxanıda 16 yaşlı gənc ürək nahiyəsindən bıçaqlanıb

Bakıda gənc oğlan 3 bıçaq zərbəsi alıb.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində 2006-cı il təvəllüdlü Mustafayev Hüseyn Pərviz oğlu tanışı tərəfindən bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona ürək, qarın boşluğundan və sağ baldır nahiyəsindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

44 - Tezliklə