Sumqayıtda zəncirvari yol qəzası baş verib

Sumqayıtda zəncirvari yol qəzası baş verib Sumqayıt. 17 mart. REPORT.AZ/ Sumqayıt şəhərində zəncirvari yol qəzası baş verib.
Hadisə
17 Mart , 2018 16:46
Sumqayıtda zəncirvari yol qəzası baş verib

Sumqayıt. 17 mart. REPORT.AZ/ Sumqayıt şəhərində zəncirvari yol qəzası baş verib.

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisindəki Saray körpüsü adlanan yerdə qeydə alınıb.

Belə ki, 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ağır yaralanıb. O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hər 3 avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi