Sumqayıtda yol qəzası zamanı üç nəfər xəsarət alıb

Sumqayıtda yol qəzası zamanı üç nəfər xəsarət alıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
2 Yanvar , 2018 19:14
Sumqayıtda yol qəzası zamanı üç nəfər xəsarət alıb

Sumqayıt. 2 yanvar. REPORT.AZ/ Sumqayıtda baş verən yol nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, qəzanı törədən avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Belə ki, "Opel" markalı avtomobil şəhərin 11-ci mikrorayonunda yolu keçmək istəyən üç gənci vurub. Qəzada yaralanan Sumqayıt şəhər sakinləri - 17 yaşlı Cahangirov İsgəndər Rafiq oğlu, 16 yaşlı Hüseynov Həmid Ceyhun oğlu və 15 yaşlı Qasımov Emil Şahin oğlu yaxınlıqdakı insanların köməkliyi ilə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, onlardan birinin vəziyyəti ağırdır. 

Qəza yerindən qaçan sürücünün kimliyi müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi