Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Qəza zamanı "Hundai" və "Oka" markalı avtomobillər toqquşub
Hadisə
12 Mart , 2018 03:32
Sumqayıtda yol qəzası nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıt. 12 mart. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun sərnişini Vüsal Quliyevdir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.


***3:04

Sumqayıt. 12 mart. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə "50-BY-671" dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Yaralılar ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi