Sumqayıtda toy məclisi zamanı gənc oğlan bıçaqlanıb

Hadisə
  • 06 dekabr, 2017
  • 03:39
Sumqayıtda toy məclisi zamanı gənc oğlan bıçaqlanıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Sumqayıtda toy məclisi zamanı bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.

1988-ci il təvəllüdlü Muradov Şahin Malikəjdər oğlu şadlıq sarayında keçirilən toy məclisi zamanı tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.