Sumqayıtda taksi sürücüsünü öldürən şəxslərə hökm oxunub

Sumqayıtda taksi sürücüsünü öldürən şəxslərə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
8 Aprel , 2019 17:26
Sumqayıtda taksi sürücüsünü öldürən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Məmmədov 19 il, R.Hüseynovla Ş.Bayramovun hər biri isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında R.Hüseynovun 18 il, digərlərinin isə hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu il mayın 8-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyiti tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub.

Son xəbərlər

Orphus sistemi