Sumqayıtda sələmçi qadın qətlə yetirilib
Hadisə
- 13 sentyabr, 2018
- 12:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt. 13 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində 67 yaşlı qadın qətlə yetirilib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
12:27
Mariam Kvrivişvili: "Gürcüstan Dəmir Yollarına üç il ərzində 800 milyon dollara yaxın investisiya yatırılacaq"
İnfrastruktur12:24
Parisdə ikinci olan Sabir Zeynalov: "Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır"
Fərdi12:19
ABİF: Fermerlərin reytinqi əsasında onlara qarşı girov tələbi yumşala bilər
Biznes12:17
Foto
Azərbaycanın turizm imkanları Polşanın üç şəhərində təqdim olunub
Turizm12:15
Husilərin Ər-Riyad aeroportuna zərbələri nəticəsində pilot və iki mülki şəxs ölüb
Digər ölkələr12:14
İrakli Kobaxidze: "Gürcüstanda dəmir yolu daşımaları son onilliyin ən yüksək səviyyəsinə çatıb"
İnfrastruktur12:12
Foto
Bakıda sülhməramlı əməliyyat ssenarisi əsasında NATO təlimləri keçirilir
Hərbi12:10
Dünya çempionatı: Zelim Kotsoyev slovakiyalı rəqibini ipponla məğlub edib - YENİLƏNİB
Fərdi12:06