Sumqayıtda naməlum şəxslər qadına hücüm edərək onu döyüb

Sumqayıtda naməlum şəxslər qadına hücüm edərək onu döyüb Ağır kəllə beyin travması ala qadının sol və sağ qol sümükləri sınıb
Hadisə
11 Yanvar , 2018 10:04
Sumqayıtda naməlum şəxslər qadına hücüm edərək onu döyüb

Sumqayıt. 11 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində naməlum şəxslər 30 yaşlı qadına hücüm edərək onu döyüb

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə "Xəzər bağları" yaşayış massivində baş verib.

Belə ki, şəhər sakini Aytəkin Şakir qızı Əbdülrəhmanova yaşadığı "Xəzər bağları" yaşayış massivi ərazisində naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüb. A.Əbdülrəhmanova ağır kəllə beyin travması alıb, sol və sağ qol sümükləri sınıb.

Hadisədən sonra, qadın yaxlıqda olan insanların köməkliyi ilə, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi