Sumqayıtda minik avtomobili ilə sərnişin avtobusu toqquşub, yaralananlar var

Sumqayıtda minik avtomobili ilə sərnişin avtobusu toqquşub, yaralananlar var Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Hadisə
15 Mart , 2022 19:57
Sumqayıtda minik avtomobili ilə sərnişin avtobusu toqquşub, yaralananlar var

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, “Hyundai” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Nəticədə müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişin minik avtomobilindən, 2 nəfər sərnişin isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi