Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

Hadisə
  • 15 may, 2024
  • 04:56
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var

Bakının Yasamal rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Hüseynov Əfqan Azər oğlu və 2001-ci il təvəllüdlü Hüseyinli Əli Yalçın oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.