Sumqayıtda idmançının ölümünə səbəb olan ata və oğulun məhkəməsində mübahisə düşüb

Sumqayıtda idmançının ölümünə səbəb olan ata və oğulun məhkəməsində mübahisə düşüb Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
26 Noyabr , 2018 15:06
Sumqayıtda idmançının ölümünə səbəb olan ata və oğulun məhkəməsində mübahisə düşüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərdən birinin vəkili İkram Abdullayevlə zərərçəkmiş tərəfin yaxın qohumları arasında mübahisə düşüb.

Məhkəmə iştirakçıları zaldan çıxarılıb.

Proses noyabrın 27-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində bir qrup gənc arasında kütləvi dava olub.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin bir neçə gün sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata və oğul - Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Məlumatda qeyd edilib ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.

Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, R.Həbibov idmançı olub.

Son xəbərlər

Orphus sistemi