Bakı. 30 may. REPORT.AZ/ Sumqayıt şəhərində Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, mayın 28-də Sumqayıt şəhəri 6-cı mikrorayonda inşa edilən 13 mərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini Məhəmməd Qurbanov 1-ci mərtəbədə olarkən beton daşı qırılaraq başına düşüb və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.