Sumqayıtda əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb

Sumqayıtda əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb .
Hadisə
24 İyul , 2018 19:59
Sumqayıtda əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb

Bakı. 24 iyul. REPORT.AZ/ Sumqayıtda əri tərəfindən döyülən 30 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər Corat qəsəbə sakini 1988-ci il təvəllüdlü Rüstəmova Pərvanə Rasim qızı əri tərəfindən döyülüb. O aldığı ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin ailə münaqişə zəminində baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi