Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Hadisə
  • 30 oktyabr, 2015
  • 08:29
Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. "Report" bu barədə Daxili İşlər Nazirliyinin rəmsi saytına istinadən xəbər verir. 

Məlumata görə, oktyabrın 29-da Sumqayıt şəhərində yaşayan Rövşad İlyasov, arvadı Aynurə, oğlu Toğrul və qızı Şəlalə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.