Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb Hakim Fərmayıl Zeynalının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
22 Sentyabr , 2017 10:03
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

Bakı. 22 sentaybr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Qəhrəmanlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fərmayıl Zeynalının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, O.Qəhrəmalının apellyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, onun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirib.

İttiham aktına əsasən, ötən il avqustun 12-də saat 16:00 radələrində Sumqayıt şəhərində Yardımlı rayon sakini, 1996-cı il təvəllüdlü O.Qəhrəmanlı idarə etdiyi “Hyundai” markalı avtomobili maneəyə vurub. Nəticədə sürücü və sərnişin Hüseyn Əsgərov xəstəxanaya yerləşdiriliblər. Daha sonra H.Əsgərov orada ölüb.

İstintaq araşdırması zamanı məlum olub ki, yol-nəqliyyat hadisəsinin törədilməsində O.Qəhrəmanlı günahkar olub. Onun sürət həddini aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi törədilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Qəhrəmanlı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi