Yuxarı

Sumqayıtda 30 nəfər arasında kütləvi dava olub, 4 nəfər bıçaqlanıb - YENİLƏNİB

© Foto: Report.az

Sumqayıt. 10 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən kütləvi dava zamanı bıçaqlanan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, kütləvi dava zamanı bıçaqlanan 3 nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu və Ələsgərov Eminin vəziyyəti ağır oduğundan dərhal əməliyyat olunub. 

Şahidlərin sözlərinə görə, kütləvi davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


*** 17:11

Sumqayıt. 10 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib.

Dava zamanı 4 nəfər bıçaqlanıb. Bir neçə nəfərin də müxtəlif bədən xəsarətləri aldığı bildirilir. 

Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi