Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, onlar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Siyahını təqdim edirik:
1. 2004-cü il təvəllüdlü Kərimov Elgün Xankərəm oğlu,
2. 1974-cü il təvəllüdlü Poladova Gülayə Ruhulla qızı,
3. 1987-ci il təvəllüdlü Gözəlova Pərvanə Araz qızı,
4. 1994-cü il təvəllüdlü Zamanova Aytən Adil qızı,
5. 1980-ci il təvəllüdlü Gülüşova Hüsniyyə Sərvər qızı,
6. 1992-ci il təvəllüdlü Aslanova İradə Sahib qızı,
7. 1988-ci il təvəllüdlü Kərimova Şəbnəm Mahir qızı,
8. 1987-ci il təvəllüdlü Süleymanova Səməngül Əvəz qızı,
9. 2003-cü il təvəllüdlü Əlirzayeva Zeynəb Mehman qızı,
10. 1991-cı il təvəllüdlü Rüstəmov Əfqan Həsən oğlu,
11. 1987-ci il təvəllüdlü Sərdarova Nuranə Elmar qızı,
12. 2005-ci il təvəllüdlü İsmayılova Şəhanə Famil qızı,
13.1984-cü il təvəllüdlü Baloğlanova İradə Əzizağa qızı,
14. 2001-ci il təvəllüdlü İsmayılova Pərvanə Cahangir qızı,
15. 1989-cu il təvəllüdlü Məmmədov Novruz Əvəz oğlu,
16. 1988-ci il təvəllüdlü Əhmədova Gövhər Əhməd qızı,
17. 2001-ci il təvəllüdlü Həsənova Nəsibə Ayaz qızı,
18. 1982-ci il təvəllüdlü Həşimova Səbinə Əvəz qızı,
19. 1980-ci il təvəllüdlü Muradova Tərlan İsa qızıdır.
Araşdırmalar aparılır.
Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi) hospitalizasiya olunub.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.
Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, Abşeron-Xızı regional bölməsinin əməkdaşları məsələni nəzarətə götürüb:
"Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb,nəticələrlə bağlı məlumat veriləcək".
Müxbir: Sevil Seymur
Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

