Sumqayıt sakininə bıçaqla xəsarət yetirib pulunu alan şəxs saxlanılıb
Hadisə
- 08 avqust, 2018
- 07:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 avqust. REPORT.AZ/ Saray qəsəbəsində quldurluq edərək hadisə yerindən qaçan şəxs saxlanılıb.
"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Bildirilib ki, avqustun 4-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini Rahim Mustafayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib 126 manat pulunu alıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Son xəbərlər
23:19
Foto
Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır
Maliyyə
22:46
İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Siti" ilə heç-heçə edib
Futbol
22:39
Antonelli "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi olub
Formula 1
22:08
Pakistanda silahlı hücum nəticəsində on bir mədənçi öldürülüb
Digər ölkələr
21:53
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Digər ölkələr
21:44
Foto
Azərbaycanın iki qadın cüdoçusu Avropa Açıq Turnirində qızıl medal qazanıb
Fərdi
21:12
Qəbələnin bir sıra ərazilərində qaz kəsilib
Energetika
20:59
Ağ Ev qabaqcıl çiplərə ixrac məhdudiyyətlərini sərtləşdirməyi təklif edib
Digər ölkələr
20:34
İsveçrəlilər referendumda silah ixracının sadələşdirilməsini dəstəkləyib - Yenilənib-2
Digər ölkələr