Sumqayıt-Bakı elektrik qatarının şüşələrini sındıran iki azyaşlı saxlanılıb

Hadisə
  • 10 iyun, 2016
  • 06:50
Sumqayıt-Bakı elektrik qatarının şüşələrini sındıran iki azyaşlı saxlanılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Sumqayıt-Bakı elektrik qatarının şüşələrini sındıran iki azyaşlı saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındıran Biləcəri qəsəbə sakinləri olan iki azyaşlı saxlanılıb.

Onlar izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.