Süd məhsulları şirkətinin sahibi barəsində cinayət işi başlanıb

Hadisə
  • 09 yanvar, 2018
  • 07:16
Süd məhsulları şirkətinin sahibi barəsində cinayət işi başlanıb
Mülhazil Balakişiyev

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

“Report”un məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.


***

Bakı. 9 yanvar. REPORT.AZ/ “Atena” MMC-dən “Report”a bildirilib ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: “O, “Ketchi” süd məhsulları şirkətinin sahibidir”.

Son xəbərlər

Bütün Xəbər Lenti