Soyğunçuluqda təqsirləndirilən azərbaycanlı Avropa çempionu psixatriya xəstəxanasına göndərilib
- 29 yanvar, 2018
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixatrik ekspertizası təyin olunub.
O, 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilib. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, A.İsmayılova Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyaniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.